Yas mərasimlərində israfçılığa qarşı çağırış: Gəncədə sadələşdirmə təşəbbüsü dəstəklənir
Kamran Əliyev üç prokuror təyin edib
Deputat: Azərbaycan 15 regiona bölünməlidir - Müsahibə
Fevralın 17-də astronomik hadisə baş verəcək
Keçmiş deputata məxsus obyektləri sökürlər
İranın sabiq prezidenti “Epşteyn faylları”nda: onlar görüşüblər?
Müəmmər Qəddafinin oğlu öldürülüb
ABŞ gəmiqayırma sənayesi üçün Türkiyə ilə danışıqlar aparır
Ağır cinayətlərdə ittiham olunan ermənilərə hökm oxunub - (Yenilənir-8) - Fotolar
İstanbul görüşü: ABŞ və İran böyük nəticə əldə edə biləcəkmi?
Tarix: 05-02-2026 16:33 | Bölmə: Mədəniyyət

Azərbaycanın dünya incəsənətinə bəxş etdiyi nəhəng simalardan biri - bəstəkar, professor Qara Qarayevin anadan olmasının 108-ci ildönümü qeyd olunub. Bu münasibətlə dahi bəstəkarın Bakıdakı ev-muzeyində tədbir keçirilib.
Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinin direktoru, sənətşünaslıq doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Lenin mükafatı laureatı, SSRİ Bəstəkarlar İttifaqının katibi, Azərbaycan Dövlət Konservatoriyasının rektoru, professor Qara Qarayevin zəngin yaradıcılığından, mürəkkəb dövrləri əhatə edən ömür yolundan danışıb. Müstəqillik dövründən sonra Azərbaycan dövlətinin dahi bəstəkarın musiqi irsinə göstərdiyi diqqət və qayğıdan bəhs edib.

Qara Qarayevin ev-muzeyinin elmi işçisi Lətifə Məmmədova fəaliyyətə başladığı səkkiz il ərzində burada keçirilən tədbirlərdən söhbət açıb, görkəmli musiqi xadiminin xatirəsi qorunan bu məkanın Bakının mədəni həyatındakı rolunu yüksək qiymətləndirib.
Tədbirdə Qara Qarayevdən bəhs edən video-çarx nümayiş etdirilib. Bakı Musiqi Akademiyasının, İncəsənət Gimnaziyasının və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin tələbələrinin ifasında dahi bəstəkarın əsərləri ifa olunub.
E.CƏBRAYILOĞLU
Reyting.az
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək