İlk süni intellekt robotu təqdim edilib
Tarix: 05-02-2026 09:09 | Bölmə: Cəmiyyət / Xəbərlər

İlk süni intellekt robotu təqdim edilib

İnsana bənzəyən və yeriyən, eyni zamanda göz kontaktını saxlaya bilən, həmçinin incə mimikası ilə reaksiyalar verən Moya adlı robot nümayiş olunub.

Reyting.az xəbər verir ki, robotu Çinin "DroidUp" şirkəti Şanxayda təqdim edib.

Şirkətdən bildiriblər ki, Moya tam biomimetik, fiziki məkanda sərbəst fəaliyyət göstərə bilən və ilk intellektual robotdur.

Bu robot "bir bədən geyinən süni intellekt" konsepsiyasına əsaslanır, ətraf mühiti tam qavrayır və analiz etməyi bacarır. Onun real məkanda istənilən hərəkəti etdiyi bildirilir.

Tərtibatçıların sözlərinə görə, robot üz mikroyığılmalarını da təqlid etməyi bacarır.

Süni intellekt robotunun boyu 1,65 metr, çəkisi 32 kiloqrama yaxındır. Bədən temperaturunu 32-36°C aralığında saxlayır. Gedişinin insan hərəkətlərinə uyğunluğu isə təxminən 92 faizdir.

Moya robotu sosial şəbəkələrdə çox böyük maraqla qarşılansa da, narahatlıq doğurub.

Qeyd olunur ki, Çin şirkəti özünün süni intellekt robotunun gələcəkdə səhiyyədə və təhsildə, insan-maşın qarşılıqlı əlaqələri tələb edilən sahələrdə də istifadəsini planlaşdırır.

Moya robotunun 2026-cı ilin sonuna qədər bazara çıxarılacağı gözlənilir.

Oqtay QORÇU





Bölməyə aid digər xəbərlər