Epşteynin keçmiş baş nazirlə məxfi planı üzə çıxıb
Tarix: 05-02-2026 14:39 | Bölmə: Cəmiyyət

Epşteynin keçmiş baş nazirlə məxfi planı üzə çıxıb

Amerikalı maliyyəçi, müxtəlif cinayətlər səbəbindən həbs edilmiş və həbsxanada dünyasını dəyişmiş Cefri Epşteynin cinayətlərinin istintaqı ilə bağlı ABŞ Ədliyyə Nazirliyinin paylaşdığı yeni sənədlər İsrailin keçmiş baş naziri Ehud Barakı da diqqət mərkəzinə gətirib.

Reyting.az xəbər verir ki, paylaşılan səs yazısında Ehud Barakın Cefri Epşteynlə Ortodoks Baş Ravvinliyinin yəhudilik tərifi üzərindəki inhisarını pozaraq yəhudiliyə keçməni asanlaşdırmaq barədə söhbət diqqəti cəlb edib.

Barak və Epşteyn arasında telefon danışığının nə vaxt olması ilə bağlı rəsmi açıqlama verilməsə də, səs yazısında Barakın Epşteynə dedikləri aydın eşidilir:

“Mən həmişə Putinə deyirdim: bizə sadəcə bir milyon daha lazımdır. (Sovet İttifaqından mühacirət edənlər) İsraili kəskin şəkildə dəyişdirib. Həmin bir milyon rus”.

Səs yazısında Barak, Pravoslav Baş Ravvinliyinin yəhudiliyin tərifi üzərindəki inhisarının qırılmalı olduğunu iddia edərək, Epşteynə deyir:

“Biz yəhudiliyə kütləvi şəkildə çevrilmək üçün qapıları açmalıyıq”.

O dövrün liderlərinin İsrailin qurulmasından sonrakı immiqrasiya dalğasında seçici olmadığını bildirən Barak “indi daha seçici ola bilərik. Yəhudiliyə çevrilməyə daha açıq fikirli yanaşma ilə daha bir milyon insanı asanlıqla mənimsəyə bilərik”,- deyib.

Mətbuatda Ehud Barakın 2015-2016-cı illərdə Epsteyn ilə dəfələrlə görüşdüyü və Epsteynin Nyu-Yorkun Manhetten şəhərindəki malikanəsinə girərkən şəklinin çəkildiyi bildirilib.

Xatırladaq ki, 18 yaşından kiçik, ən kiçiyi 14 yaşında olan onlarla qıza cinsi istismar etmək və fahişəlik şəbəkəsini idarə etmək ittihamı ilə mühakimə olunan Epşteyn 10 avqust 2019-cu ildə Nyu-York Manhetten Metropolitan Mərkəzi Həbsxanasındakı kamerasında ölü tapılıb.

“Epşteyn işi” sənədlərinə Şahzadə Endryu, ABŞ prezidenti Donald Tramp, ABŞ-nın keçmiş prezidenti Bill Klinton, İsrailin keçmiş baş naziri Ehud Barak, ABŞ-nın keçmiş vitse-prezidenti Qor, aktyor Kevin Speysi, müğənni Maykl Cekson, illüzionist Devid Kopperfild, vəkil Alan Derşovitz və Nyu Meksiko ştatının keçmiş qubernatoru Bill Riçardson kimi məşhur adlar daxildir.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər