Partiya sədri: İranın ABŞ-a müqavimət göstərmək imkanı yoxdur
Tarix: 05-02-2026 17:00 | Bölmə: Slayd

Partiya sədri: İranın ABŞ-a müqavimət göstərmək imkanı yoxdur

“Qonşu İran Amerika ilə diplomatik danışıqlara getməli və üzərinə düşəni etməlidir. Əks-təqdirdə bölgədə sabitlik pozula bilər. Hazırda proses gedir, Amerika və İran arasında sabah diplomatik müzakirələr gözlənilir. Bu danışıqlardan sonra müəyyən fikirlər söyləmək mümkündür. Ancaq aydın olan budur ki, hazırda proses İranın əleyhinədir. Bu baxımdan sabahkı danışıqlar əhəmiyyət kəsb edir”.

Bunu “Reytinq” qəzetinə açıqlamasında Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə bildirib.

Azərbaycanın bölgədə müharibə deyil, sülh və əmin-amanlığın olmasına çalışdığını deyən partiya sədrinin fikrincə, İranın bütün imkanlarını nəzərə alsaq belə, Amerika ilə üz-üzə gəlməsi və müqavimət göstərməsi real sayılmır.

Onun sözlərinə görə, tərəflərin hərbi imkanlarını müqayisə etdikdə İranın müqavimət imkanları sıfırın altındadır: “Daha doğrusu, İranın müqavimət göstərməsi qısamüddətli ola bilər. Bu baxımdan diplomatik danışıqlar vacibdir”.

A. Mollazdə qeyd edib ki, bu prosesdə İran xalqının iradəsi də nəzərə alınmalıdır, çünki onsuz qiymətləndirmə yarımçıq ola bilər.

Partiya sədri əlavə edib ki, xalq müharibə istəməsə də, sosial-iqtisadi problemlərin olmasını da istəmir.

Nemət ORUCOV

Reyting.az





Bölməyə aid digər xəbərlər