Nüvə silahlarına nəzarət müqaviləsi başa çatır, Medvedev isə “Nüvə qışı” mesajı verir
Tarix: 05-02-2026 12:49 | Bölmə: Siyasət

Nüvə silahlarına nəzarət müqaviləsi başa çatır, Medvedev isə “Nüvə qışı” mesajı verir

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini və sabiq prezident Dmitri Medvedev Rusiya-Amerika nüvə silahlarının nəzarəti müqaviləsinin müddəti bitdikdən sonra yeni bir bəyanat verib.

Reyting.az-ın məlumatına görə, Medvedev “X” sosial şəbəkəsində Moskva ilə Vaşinqton arasında nüvə silahlarının qarşısının alınması ilə bağlı bütün keçmiş razılaşmaları sadalayan müvafiq mesaj paylaşıb.

“1972-ci ildən bəri ilk dəfə olaraq Rusiya (keçmiş SSRİ) və ABŞ arasında strateji nüvə qüvvələrini məhdudlaşdıran heç bir müqavilə yoxdur. Olanlar keçmişdə qaldı, yeni başlama”,- Medvedev qeyd edib.

O, mesajı məşhur “Taxt oyunları” serialından görüntü ilə paylaşıb, orada diri ölülər ordusunun lideri Gecə Kralının Divara doğru irəliləməsini təsvir edir.

Şəkildə həmçinin “Qış gəlir” başlığı da var. Bu mesaj, ehtimal ki, Rusiyanın son təhdidləri kontekstində “nüvə qışı”nı simvolizə edə bilər.

Qeyd edək ki, Yeni START Müqaviləsini 2010-cu ildə Medvedev və Obama imzalayıb. Bu, ABŞ və Rusiya arasında strateji hücum silahlarının qarşılıqlı azaldılması və məhdudlaşdırılması barədə razılaşmadır.

Bu müqavilənin müddəti 5 fevralda başa çatacaq. Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, bundan sonra özünü müqavilə üzrə heç bir öhdəlik və ya simmetrik bəyannamə ilə bağlı hesab etməyəcək.

E. KAMAL





Bölməyə aid digər xəbərlər