Magistraturaya qəbul imtahanının tarixi açıqlanıb
Tarix: 05-02-2026 16:22 | Bölmə: Xəbərlər

Magistraturaya qəbul imtahanının tarixi açıqlanıb

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (I cəhd) 15 fevral 2026-cı il tarixində keçiriləcək.

Reyting.az Dövlət İmtahan Mərkəzinə istinadla xəbər verir ki, ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanında iştirak edəcək bakalavrlar "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.

Bakalavrlar “İmtahana buraxılış vərəqəsi” və "Yaddaş kitabçası"nı çap etmək üçün bu linkə daxil olmalıdırlar.

Qeyd edək ki, bakalavrlar imtahana gələrkən özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əsli və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, bakalavr imtahana buraxılmır.





Bölməyə aid digər xəbərlər