Şiddətli külək Bakıda 78 ağac sındırıb - Fotolar
Tarix: 05-02-2026 09:45 | Bölmə: Xəbərlər

Şiddətli külək Bakıda 78 ağac sındırıb

İki gün ərzində Bakı şəhərində davam edən şiddətli külək nəticəsində ümumilikdə 78 ağac sınıb, 40 ağacın budaqları qırılıb.

Bu barədə Reyting.az-a Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin küləyin fəsadları ilə bağlı yekun məlumatında bildiriblər.

Qeyd olunur ki, bu günlərdə gücləndirilmiş iş rejimində çalışan Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən sınan ağaclar və qırılan budaqlar növbətçi briqadalar tərəfindən operativ şəkildə görütülüb və ərazi təmizlənib.





Bölməyə aid digər xəbərlər