Ukrayna, Rusiya və ABŞ arasında növbəti danışıqlar başlayıb
Tarix: 05-02-2026 12:57 | Bölmə: Siyasət

Ukrayna, Rusiya və ABŞ arasında növbəti danışıqlar başlayıb

Ukrayna nümayəndə heyəti Əbu-Dabidə Rusiya və ABŞ ilə danışıqların ikinci raunduna başlayıb.

Reyting.az xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov bildirib.

“Biz dünənki formatlarda işləyirik: üçtərəfli məsləhətləşmələr, qrup işi və mövqelərin daha da sinxronlaşdırılması. Nəticələr daha sonra açıqlanacaq”, - deyə Umerov qeyd edib.

Xatırladaq ki, Ukrayna tərəfi artıq ikinci gündür ki, ABŞ-nın iştirakı ilə Əbu-Dabidə Rusiya danışıqçıları ilə görüşür. Dünənki görüşlərdən sonra Ukrayna prezidenti Zelenski Kiyev və Moskva arasında tezliklə hərbi əsir mübadiləsinin baş tutacağını bildirib.

O, həmçinin bir daha tərəfdaşlarını Ukraynadakı müharibəyə son qoymaq üçün Rusiyaya təzyiq göstərməyə çağırıb.

Görüş ərəfəsində “Politico” nəşri Ukrayna və Amerika mənbələrinə istinadla yazıb ki, danışıqlar düşünüləndən daha ümidverici ola bilər.

Nəşrin mənbələri danışıqlar masasında Rusiyanın əhval-ruhiyyəsində və tonunda dəyişikliyin olduğunu qeyd ediblər.

E. KAMAL





Bölməyə aid digər xəbərlər