Zelenski yeni döyüş əməliyyatlarını təsdiqləyib
Tarix: 05-02-2026 23:27 | Bölmə: Dünya

Zelenski yeni döyüş əməliyyatlarını təsdiqləyib

Ukrayna prezidenti Vladimir Zelenski Təhlükəsizlik Xidməti üçün yeni döyüş əməliyyatlarını təsdiq edib.

Reyting.az xəbər verir ki, V. Zelenski bunu axşam çıxışında deyib.

Zelenskinin Ukrayna Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsini icra edən Xmaranın hesabatını dinlədiyi bildirilir.

Ukrayna prezidenti çıxışında "Yaxşı nəticələr var. Xidmətin yeni işini - yeni döyüş əməliyyatlarını təsdiqlədim. Düşməni zəiflətməyə davam edəcəyik",- deyib.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər
3-02-2026, 12:06 Tehranda bazar yanır