Bacısı Qəddafinin Əlcəzairlə sərhəddə öldüyünü bəyan edib
Tarix: 05-02-2026 12:36 | Bölmə: Dünya

Bacısı Qəddafinin Əlcəzairlə sərhəddə öldüyünü bəyan edib

Müəmmər Qəddafinin oğlu və Liviyanın mühüm şəxslərindən biri olan Seyf əl-İslam Qəddafi Zintandakı evinə silahlı hücum nəticəsində həlak olub.

Reyting.az xəbər verir ki, bacısının açıqlaması Seyf əl-İslamın ölümü ilə bağlı suallar doğurub.

Qəddafinin siyasi müşaviri Abdullah Osman tərəfindən ictimaiyyətə açıqlanan məlumata görə, hücum 3 fevralda baş verib.

Sui-qəsdin təfərrüatları və cinayətkarlar barədə araşdırmalar davam edərkən, onun ölüm xəbərini Seyf əl-İslam Qəddafinin vəkili Xalid əz-Zeydi də təsdiqləyib.

Ancaq Qəddafinin ölümü ilə bağlı bacısı fərqli bir məlumat paylaşıb. Seyf əl-İslamın bacısının iddiasına görə, qardaşı Əlcəzair sərhədi yaxınlığında ölüb.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər
3-02-2026, 12:06 Tehranda bazar yanır