Sanki bir mələk… - Din xadimi yazır
Prezident komitə sədrini icra başçısı təyin edib - Sərəncam
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
Din xadiminin təşəbbüsünə dəstək verənlər artır
Toyota Bakı Mərkəzinin baş direktorunun meyiti tapılıb
Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadılıb
Prezident Ekologiya və təbii sərvətlər naziri təyin edib - Sərəncam
Ərdoğanın siyasi varisi oğlu Bilal ola bilər
Prezident bir qrup şəxsə ali xüsusi rütbələr verib - Sərəncam
Əliyevin Vens ilə görüşü keçirilib - (Yenilənib) - Foto
Tarix: 06-02-2026 23:50 | Bölmə: Mədəniyyət

Fevralın 6-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və "Gilan"ın dəstəyi ilə keçirilən Qəbələ "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub.
Reyting.az xəbər verir ki, açılış mərasimində Leyla Əliyeva, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər, tanınmış ictimai xadimlər, Qəbələ sakinləri və qonaqlar iştirak edib.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, festivalın bədii rəhbəri Fərhad Bədəlbəyli çıxışında ikinci ildir təşkil edilən Qəbələ "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının mədəniyyətimiz üçün əlamətdar hadisə olduğunu bildirib.
Fərhad Bədəlbəyli deyib: "Qış nağılı" Musiqi Festivalı artıq ikinci dəfədir ölkəmizin dilbər guşələrindən olan və füsunkar təbiəti ilə seçilən Qəbələ şəhərində keçirilir. Hələ 2009-cu ildə təməli qoyulan və gözəl ənənəyə çevrilən Qəbələ Beynəlxalq Musiqi Festivalı yenidən bütün sənətsevərləri bir araya toplayıb. Bu gün Qəbələ sanki bütün sehrli qapılarını bizim üçün açıb. Çox gözəl hava var, biz qarı gözləyirdik. Çünki qarsız bu festival alına bilməzdi".
Festivalın bədii rəhbəri göstərilən kömək və dəstəyə görə Heydər Əliyev Fonduna, Mədəniyyət Nazirliyinə və "Gilan"a dərin təşəkkürünü bildirib.
Rəsmi hissədən sonra musiqisevərlərə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestrinin iştirakı ilə "Viva Opera" adlı konsert proqramı təqdim olunub.
Simfonik Orkestr Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının əsas kollektivlərindən biridir. Opera və Balet Teatrının fəaliyyət göstərdiyi bütün dövrlərdə bu orkestrdə ən peşəkar və istedadlı musiqiçilər çalışıblar. Orkestrin dirijor pultu arxasında müxtəlif dövrlərdə Maestro Niyazi, Əfrasiyab Bədəlbəyli, Əşrəf Həsənov, Əhəd İsrafilzadə, Kamal və Rauf Abdullayevlər kimi məşhur dirijorlar dayanıb. Hazırda Simfonik Orkestrdə 124 musiqiçi çalışır. Onlar violin, viola, violençel, kontrabas, arfa kimi simli, həmçinin piano, zərb və sair alətlərdə ifa edirlər. Avropa musiqi alətləri ilə yanaşı, orkestrdə tar, kamança kimi milli musiqi alətlərindən də istifadə edilir. Bu gün simfonik orkestrdə fəxri adlar daşıyan çox sayda professional ifaçı çalışır. Təcrübəli musiqiçilərlə yanaşı, orkestrdə gənclərə də böyük əhəmiyyət verilir. Hər il Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında təhsil alan tələbələr və Akademiyanın məzunları içərisindən ən perspektivli, bacarıqlı gənclər ciddi müsabiqə yolu ilə orkestrə qəbul edilir və burada ustad musiqiçilərdən ifaçılığın sirlərini öyrənirlər.
Əməkdar artist Əyyub Quliyevin dirijorluğu ilə keçən konsertdə X.Ximenes, F.Leqar, L.Delib, D.Moduno, A.Lara, A.Biksio, C.Verdi, L.Denza, C.Rossininin operalarından ariyalar, həmçinin italyan nəğməsi, Azərbaycan xalq mahnısı "Küçələrə su səpmişəm", M.Mirzəyevin "Azərbaycan rəqsi" ifa olunub.
Solistlər Afaq Abbasova (soprano), Aytac Şıxəlizadə (mezzo-soprano), Azər Zadə (tenor) və Mahir Tağızadənin (bariton) ifaları musiqisevərlər tərəfindən alqışlarla qarşılanıb.
Qəbələ "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının proqramı çox zəngindir. Festival çərçivəsində fevralın 7-də Azərbaycanla İtaliya arasında dostluğu təcəssüm etdirən "Bakı-Neapol: Musiqi körpüsü" kamera musiqisi axşamı keçiriləcək. İzləyicilər Azərbaycan və İtaliya bəstəkarlarının əsərlərini dinləyə biləcəklər.(Report)





Bölməyə aid digər xəbərlər















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək