16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Maestro Niyazi yad olunacaq - Tədbir
Tarix: 19-08-2019 15:32 | Bölmə: Mədəniyyət
Maestro Niyazi yad olunacaq

Avqustun 20-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil muzeyində görkəmli dirijor və bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan və SSRİ Dövlət Mükafatları laureatı, C. Nehru adına Beynəlxalq Mükafat laureatı Maestro Niyazinin anadan olmasının 107-ci ildönümü münasibətilə tədbir keçiriləcək.

Reyting.az
-ın məlumatına görə, Maestronun adını daşıyan muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Rza Bayramov bildirib ki, tədbir çərçivəsində müxtəlif çıxışlar, xatirələr, muzeyin arxiv materialları əsasında hazırlanmış Niyazinin həyat və yaradıcılığını əks etdirən slayd-şou, vaxtı ilə dirijoru olduğu konsertlərdən video-fraqmentlər nümayiş olunacaq.

Həmçinin həmin gün Niyazinin Fəxri xiyabandakı məzarı ziyarət olunacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}