“Naməlum qadının məktubu" nümayiş olunacaq
Tarix: 10-09-2019 12:17 | Bölmə: Mədəniyyət
“Naməlum qadının məktubu" nümayiş olunacaq

Bu dəfə Şah Mat Teatrının səhnəsində dünya şöhrətli yazıçı Stefan Sveyqin “Yad qadının məktubu” adlı məşhur novellası əsasında hazırlanmış "Naməlum qadının məktubu" tamaşası təqdim olunacaq.

Teatrın mətbuat katibi Turan Etibaroğlu Reyting.az-a deyib ki, tamaşa sentyabrın 12-si, saat 19.30-da İslam Səfərli küçəsi, 13 ünvanında yerləşən "ETUD Cafe & Bar"da nümayiş etdiriləcək.

“Zirzəmi teatrı” üslubunda fəaliyyət göstərən teatrın hazırladığı tamaşada gənc və istedadlı aktrisa Günel İmanova da rol alıb. Səhnə əsərinin rejissor Mir Qabil Ələkbərovun quruluşunda təqdim olunacağı bildirilir.

T. Etibaroğlu diqqətə çatdırıb ki, tamaşaçılara təqdim olunan nümunə "Qara qutu" üslubunda və minimalizm yanaşması ilə hazırlanıb. Məşhur belletrist R. tanımadığı, bəlkə də xatırlamadığı yad bir qadından məktub alır. Məktubu oxuduqca məlum olur ki, bu qadın bütün ömrü boyu yalnız onu sevib. Qadın həyatda R. ilə qarşılaşdığı bütün məqamları xırdalığına kimi təsvir edir.

Gənc sənətçilər Mir Qabil Ələkbərov və Günel İmanovanın birgə səhnə fəaliyyəti nəticəsində hazırlanmış tamaşaya biletlər 3 manatdır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}