23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Fransada tanınmış caz ustası koronavirusdan ölüb
Tarix: 24-03-2020 15:21 | Bölmə: Mədəniyyət
Fransada tanınmış caz ustası koronavirusdan ölüb

Tanınmış Afro-caz ustası, saksofonçu Manu Dibanqo koronavirusdan dünyasını dəyişib.

"France 24"ün verdiyi xəbərə görə, koronavirusa yoluxmuş 86 yaşlı Manu Dibanqo bu gün səhər saatlarında Paris xəstəxanalarından birində vəfat edib.

Qeyd edək ki, Kamerun əsilli tanınmış caz ifaçısı 1949-cu ildə Marselə gəlib və ömrünün sonunadək Fransada yaşayıb. Caz ustası 1972-ci ildə "Soul Makossa" hiti ilə dünyada tanınıb. O, 2010-cu ildə “Fəxri legion ordeni”nin kavaleri adına layiq görülüb.

Hazırkı vəziyyətlə əlaqədar onun dəfn mərasiminin qapalı keçiriləcəyi, mümkün olduğu vaxt xatirəsinə həsr olunmuş mərasim təşkil ediləcəyi bildirilib/APA.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}