“Qızıl balıq” onlayn nümayiş etdiriləcək
Tarix: 11-07-2020 11:19 | Bölmə: Mədəniyyət
“Qızıl balıq” onlayn nümayiş etdiriləcək

İyulun 12-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı Puşkinin “Balıqçı və balığın nağılı” əsərinin motivləri əsasında hazırladığı “Qızıl balıq” tamaşasını onlayn nümayiş etdirəcək.

Tamaşanın quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Vüqar Camalzadədir.

Uşaqlara səmimiyyət, mehribanlıq və zəhmətsevərlik kimi üstün keyfiyyətləri təlqin edən tamaşada qəhrəmanların simasında var-dövlətə, şan-şöhrətə hərisliyin gətirdiyi uğursuzluq aydın detallarla təqdim olunur. Bununla da rejissor balacalara sahib olduqları ilə kifayətlənməyib, acgözlük edən qarının timsalında xudbinlik və azğınlığın acı sonluğunu göstərməyə çalışıb.

Rejissorun əsərin ideyasından irəli gələrək qabartdığı məqamlardan biri də rahat həyatın, xoş münasibətin yoxsulluqda da mümkün olmasıdır ki, bunu da balıqçının humanist, mehriban, həssas obrazında nümayiş etdirir.

Qeyd edək ki, tamaşa teatrın “YouTube” kanalından saat 12.00-da yayımlanacaq.

Reyting.azскачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər
{sape_links}{sape_article}