Separatçıların daha bir “naziri” Qarabağı tərk etməyə hazırlaşır
Tarix: 03-10-2023 16:07 | Bölmə: Siyasət
Separatçıların daha bir “naziri” Qarabağı tərk etməyə hazırlaşır

Ermənilərin polis və xilasediciləri bu gecə Qarabağı tərk ediblər.

Reyting.az
xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb.

Qeyd olunur ki, son günlər aparılan axtarışlar heç bir nəticə verməyib və onlar axtarış əməliyyatlarını dayandırıblar. Xilasedicilər texnika və yanğınsöndürən maşınları da Ermənistana daşıyıblar.

Bu arada məlum olub ki, separatçı qurumun sözdə “daxili işlər naziri” Karen Sarkisyan hələ də Xankəndindədir. Onunla birlikdə bir neçə şəxs də var. Qeyd olunur ki, onlar yaxın günlərdə Xankəndini tərk edəcəklər.

ELÇİN




Bölməyə aid digər xəbərlər