Peskov: “Paşinyanın ittihamlarını rədd edirik”
Tarix: 03-10-2023 18:33 | Bölmə: Siyasət
Peskov: “Paşinyanın ittihamlarını rədd edirik”

“Moskva İrəvanın ikitərəfli tərəfdaşlıq və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının mexanizmlərinin guya Ermənistanı qorumaq üçün yetərli olmadığı barədə ittihamlarını rədd edir”.

Reyting.az
xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Biz Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistanın Roma Nizamnaməsinə qoşulmaq qərarının KTMT alətlərinin və Ermənistan-Rusiya tərəfdaşlığının ölkənin təhlükəsizliyini təmin etmək üçün “adekvat olmaması” ilə bağlı sözləri ilə tamamilə razılaşmırıq. Bu səhvdir. Düşünürəm ki, Ermənistanda əksəriyyət anlayır ki, hazırda KTMT və Ermənistan-Rusiya tərəfdaşlığı alətləri tamamilə əvəzolunmazdır”,- deyə Peskov əlavə edib.

Putinin mətbuat katibi həmçinin Qarabağda yaranan vəziyyətə, yəni Azərbaycan dövlətinin suverenliyini bərpa etməsinə səbəb kimi Paşinyanın addımlarını qeyd edib: “Ermənistanın baş naziri Nikol Paşinyan 1991-ci ildən Azərbaycanın sərhədlərini tanımaq qərarına gəlib və bu, Qarabağ ətrafında bugünkü vəziyyətin xəbərçisi olub”.

Kreml nümayəndəsi İrəvanın Moskva ilə ikitərəfli tərəfdaşlığa və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının mexanizmlərinə dair tənqidinə belə cavab verib: “Qarabağla bağlı müzakirələrə gəlincə, biz cənab Paşinyanın Praqada verdiyi və 1991-ci ildən Azərbaycanın sərhədlərini tanıyan qərarını həmişə xatırlamalıyıq. Buna uyğun olaraq o, Qarabağ ərazisini Azərbaycan ərazisi kimi tanıdı. Bu, hazırda mövcud olan bütün vəziyyətin xəbərçisidir”.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}