Brüssel hələ də Ermənistan və Azərbaycan liderləri arasında görüş təşkil etməyə çalışır
Tarix: 04-10-2023 11:22 | Bölmə: Siyasət
Brüssel hələ də Ermənistan və Azərbaycan liderləri arasında görüş təşkil etməyə çalışır

Avropa Şurasının rəhbəri Çarlz Mişel hələ də oktyabrın 5-də İspaniyanın Qranada şəhərində keçiriləcək Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Ermənistan və Azərbaycan liderləri arasında görüş təşkil etməyə çalışır.

Reyting.az
xəbər verir ki, bu barədə Avropa İttifaqınin yüksək vəzifəli nümayəndəsi Brüsseldə jurnalistlərə bildirib.

“İndi görüş haqqında danışmaq tezdir. Sabah axşama qədər aydınlıq olacaq”, - o, Aİ-nin iki lider arasında görüş təşkil edə bilib-bilməyəcəyi ilə bağlı suala cavabında deyib.

Diplomatın sözlərinə görə, Aİ “aralarında münasibətlərin normallaşdırılmasında irəliləyişə nail olmaq üçün Ermənistan, Azərbaycan, o cümlədən Fransa, Almaniya və Avropa Şurasının iştirakı ilə “iki üstəgəl üç” formatında görüş təşkil etməyə çalışır.

E. KAMAL




Bölməyə aid digər xəbərlər