Professor: “Ermənilərin Qarabağı tərk etməsi...”
Tarix: 04-10-2023 13:58 | Bölmə: Siyasət
Professor: “Ermənilərin Qarabağı tərk etməsi...”

“Ermənilər çox sakitcə, tarixən onların “olduğunu” iddia etdikləri Qarabağdan getdilər. Ermənistanın rəsmi qurumlarına inansaq, təxminən 100 min erməni ərazini tərk edib. Halbuki 2020-ci il müharibəsindən sonra BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, eləcə də Rusiya tərəfi Qarabağda bu sayda erməninin yaşadığını elan etməmişdi”.

Reyting.az
xəbər verir ki, bunu professor Xaləddin İbrahimli ermənilərin Qarabağdan getməsinin səbəblərindən danışarkən bildirib.

Onun sözlərinə görə, üstəlik, çoxsaylı mənbələr əsasında Qarabağda maksimum 50 minə qədər erməninin yaşadığı məlum olurdu. Amma ermənilərin “özlərinin” olduğunu iddia etdiyi torpaqlardan səssiz-səmirsiz və könüllü getməsi olduqca maraqlıdır.

Professor əlavə edib ki, Qarabağda yaşayan ermənilər gözükölgəli idi, çox günahlar etmişdilər və aydındır ki, xain xoflu olar: “Digər tərəfdən, ermənilər özgə torpaqlarında oturduqlarını hamıdan yaxşı bilirdilər. Bundan başqa, Qarabağda yaşayan ermənilərin çoxu əvvəlcədən Rusiyada, Ermənistanda və Gürcüstanda özünə mənzillər alıblar. Eyni zamanda ermənilər yardım alacaqlarını yaxşı bilirlər, çünki dilənçilik təcrübələri çoxdur. Qısası, heç nədən korluq çəkməyəcəklər. Sözsüz ki, rusların onların getməsini istəməsi də başqa bir mövzudur”.

X. İbrahimli qeyd edib ki, Amerika və Fransa Rusiyanı faktiki olaraq Ermənistandan çıxarmaq istəyir: “Onlar rusları türklərlə savaşdıra bilməyəcəklərinə əmin oldular. Amma anlamırlar ki, Rusiyanı Ukraynadan çıxarmadan Ermənistandan çıxarmaq mümkün olmayacaq. Yəni hələlik hərbi baza qurmaq tam bir xəyaldır”.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər