İranın keçmiş prezidentinin pasportu hava limanında əlindən alınıb - Səfərinə qadağa qoyulub
Tarix: 05-10-2023 17:26 | Bölmə: Siyasət
İranın keçmiş prezidentinin pasportu hava limanında əlindən alınıb - Səfərinə qadağa qoyulub

İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın Tehran hava limanında pasportu müsadirə edilib və onun ölkəni tərk etməsinə icazə verilməyib.

Reyting.az
Türkiyə mətbuatına istinadla bildirir ki, bu barədə keçmiş prezidentə yaxınlığı ilə tanınan “dolatebahar.ir” saytının Telegram hesabında xəbər paylaşılıb.

Məlumata görə, beynəlxalq su ehtiyatlarının idarə edilməsi simpoziumunda iştirak etmək üçün Qvatemalaya getmək istəyən Əhmədinejad hava limanında kəşfiyyatçılar tərəfindən saxlanılıb:

"Özlərini kəşfiyyat və təhlükəsizlik işçisi kimi təqdim edən şəxslər bu gün İmam Xomeyni hava limanına gələrək Əhmədinejadın pasportunu götürüb və ona Qvatemalaya getməyə imkan verməyiblər"

İranın “İttilaat” qəzeti isə baş verənləri təhlükəsizliklə əlaqələndirib:

"Beynəlxalq sanksiyalara görə sabiq prezidentin həbs olunma ehtimalı olub. Eyni zamanda Qvatemaladakı qeyri-sabit təhlükəsizlik və siyasi şərait nəzərə alınaraq, Əhmədinejadın ölkəni tərk etməsinə qadağa qoyulub".

Xatırladaq ki, ABŞ prezidenti Co Bayden İranın keçmiş prezidenti Əhmədinejadı və İran Kəşfiyyat Nazirliyinin bir çox səlahiyyətli şəxslərinə qarşı sentyabrın 18-də sanksiya tətbiq edib. Onlar vaxtilə İranda həbs olunan ABŞ vətəndaşlarına qarşı qanunsuzluqda ittiham olunurlar.

E.ARAZ
Reyting.az




Bölməyə aid digər xəbərlər