Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə bağlı bəyanat verib - (Yenilənib)
Tarix: 06-10-2023 11:55 | Bölmə: Siyasət
Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə bağlı bəyanat verib - (Yenilənib)

Bu gün Milli Məclis Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsinə cavab olaraq bəyanat qəbul edəcək.

Reyting.az
xəbər verir ki, məsələ parlamentin oktyabrın 6-da keçiriləcək plenar iclasının gündəliyinə salınıb.

Xatırladaq ki, Avropa Parlamenti oktyabrın 5-də Azərbaycanla bağlı qərəzli qətnamə qəbul edib.

***

Milli Məclisdə Avropa Parlamentinin qərəzli qətnaməsinə cavab bəyanatının hazırlanması üçün komissiya yaradılıb.

Reyting.az
xəbər verir ki, komissiyanın sədri deputat Nizami Səfərov təyin edilib.

Komissiyanın üzvləri isə deputatlar Elman Məmmədov, Aqiyə Naxçıvanlı, Tural Gəncəliyev və Razi Nurullayevdir.

***

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə cavab bəyanatı qəbul edib.

Reyting.az
xəbər verir ki, bəyanatın mətnini deputat Tural Gəncəliyev oxuyub.

Bəyanatın mətnində deyilir: "Milli Məclis Avropa Parlamentinin qətnaməsinə qəti etiraz edir və bu addım şiddətlə qınanılır. Azərbaycanın Avropa Parlamentinin qarşısında heç bir öhdəliyi yoxdur. Məlumdur ki, qərəzli qətnamə Fransanın təhriki ilə antiazərbaycan deputatların saxla məlumatları əsasında hazırlanıb".




Bölməyə aid digər xəbərlər