19:36 / 07-11-2025
Yaşar Güler Bakıya gəlib
16:45 / 07-11-2025
Tiktoker həbs edilib
Sülhməramlıların Qarabağdan çıxması müzakirə olunacaq
Tarix: 06-10-2023 14:21 | Bölmə: Siyasət
Sülhməramlıların Qarabağdan çıxması müzakirə olunacaq

Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş sülhməramlıların regiondan çıxması müddətini müzakirə etmək məqsədilə oktyabrın 6-da İrəvana səfər edəcək.

Reyting.az
xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, nümayəndə heyətinin keçirəcəyi görüşdə sülhməramlıların regiondan çıxma müddəti konkret olaraq müzakirə ediləcək.

Qeyd edək ki, 2020-ci il 10 noyabr üçtərəfli bəyanatına əsasən, Rusiya sülhməramlıları Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti olaraq 5 il müddətinə yerləşdirilib.(Report)




Bölməyə aid digər xəbərlər