İsraildə baş verənlər layihələri məhdudlaşdıra bilər
Tarix: 08-10-2023 10:23 | Bölmə: Siyasət
İsraildə baş verənlər layihələri məhdudlaşdıra bilər

"İsraildə baş verənlər Yaxın Şərqdə təhlükəsizlik sisteminin nə qədər kövrək və qeyri-sabit ola biləcəyini bir daha göstərir".

Reyting.az
xəbər verir ki, bunu politoloq İlqar Vəlizadə bildirib.

Onun sözlərinə görə, Yaxın Şərqdəki təhlükəsizlik sistemini nəticəsi son on, bəlkə də daha çox ilin ən qanlı münaqişəsi, İbrahim razılaşmalarının ləğvi, İsraillə bir sıra ərəb ölkələri arasında bu yaxınlarda bağlanmış bütün layihələrin məhdudlaşdırılması ola bilər. O cümlədən təhlükəsizlik sahəsində.

İ. Vəlizadə qeyd edib ki, bir həftə əvvəl İsraildən keçməli olan Hindistan-Avropa iqtisadi dəhlizi layihəsi elan edilib və bu, layihələrdən sadəcə biridir. Deməli, bütün bunları kim planlaşdırıbsa, bütün Yaxın Şərq siyasətinin günəş pleksusuna zərbə vurub.




Bölməyə aid digər xəbərlər