Hüquqşünas Arayik Arutyunyanla bağlı xəbərdarlıq edir
Tarix: 08-10-2023 10:40 | Bölmə: Siyasət
Hüquqşünas Arayik Arutyunyanla bağlı xəbərdarlıq edir

"Nə Arayik Arutyunyanın, nə də separatçıların hər hansı birinin istintaqını Cinayət Məcəlləsinin 116-cı maddəsi ilə aparmaq olmaz. Belə olarsa həmin şəxsi "combatant" - yəni döyüşcü statusuna almış olarıq. Bu da onları - xüsusilə Ermənistan vətəndaşı olanları - 1949 Konvensiyanın qorunması altına alar".

Reyting.az
xəbər verir ki, belə bir xəbərdarlığı hüquqşünas Fərhad Mehdiyev edib.

F. Mehdiyev bildirib ki, belə olarsa, onları terrorçuluq və əlaqəli cinayətlərlə ittiham etmək çətin olacaq: "Çünki müharibə hüququnun tətbiqi terror ittihamını istisna etməlidir, onun yerinə "təxribat" kimi cinayətlərdən danışmaq daha uyğun olar”.

F. Mehdiyev əlavə edib ki, Qarabağ münaqişəsi 2020-ci ilə qədər beynəlxalq münaqişə, 2020-ci ildən sonra isə daxili münaqişə kimi görülməlidir. Yəni 2020-ci ilə kimi tutulanlara başqa rejim, ondan sonra həbs edilənlərə başqa rejim tətbiq olunmalıdır.




Bölməyə aid digər xəbərlər