Şuşada İƏT-in yüksək səviyyəli rəsmiləri ilə ikitərəfli görüşlər keçiriləcək
Tarix: 09-10-2023 14:35 | Bölmə: Siyasət
Şuşada İƏT-in yüksək səviyyəli rəsmiləri ilə ikitərəfli görüşlər keçiriləcək

Oktyabrın 10-da İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının 27-ci iclası Azərbaycan Respublikasının sədrliyi altında Şuşa şəhərində keçiriləcək. Tədbirdə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov iştirak edəcək.

Reyting.az
xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tədbir zamanı nazir Ceyhun Bayramovun yüksək səviyyəli xarici rəsmilərlə ikitərəfli görüşlərinin keçirilməsi, habelə mətbuat konfransında bəyanat ilə çıxış etməsi nəzərdə tutulur.




Bölməyə aid digər xəbərlər