Lukaşenko: “Ermənistan özünü tərəfdaş kimi aparmır”
Tarix: 13-10-2023 16:02 | Bölmə: Siyasət
Lukaşenko: “Ermənistan özünü tərəfdaş kimi aparmır”

“Ermənistan MDB ölkələrinə münasibətdə həmişə özünü tərəfdaş kimi aparmır”.

Reyting.az
xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Bişkekdə MDB liderlərinin sammitində deyib.

A. Lukaşenko bildirib ki, MDB-də vəziyyəti daha tənqidi qiymətləndirmək lazımdır:

“Qərb bizi sarsıtmağa, zəiflətməyə və öz maraqlarına tabe etməyə cəhd göstərməkdə davam edir. Birincisi, Gürcüstan bizim assosiasiyadan çıxdı, de-fakto, Ukrayna bizimlə deyil. Üstəlik, Moldova haqqında böyük suallar var. Təəssüf ki, Ermənistan da özünü heç də həmişə tərəfdaş kimi aparmır”.

Belarus prezidenti vurğulayıb ki, bunu kənardan sakitcə müşahidə etmək olmaz: “Əks halda biz parça-parça olacağıq. Biz görürük ki, bir anda bütün köhnə münaqişələr qaçılmaz olaraq çox acınacaqlı nəticələrlə üzə çıxır. Allaha şükürlər olsun ki, nəinki bu münaqişələrin həllinə meyl var, hətta bəzilərinin öhdəsindən uğurla gəlinib”.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}