Lukaşenko: “ABŞ Yaxın Şərqdəki münaqişəni İrana qarşı yönəldir”
Tarix: 17-10-2023 13:35 | Bölmə: Siyasət
Lukaşenko: “ABŞ Yaxın Şərqdəki münaqişəni İrana qarşı yönəldir”

Birləşmiş Ştatlar Yaxın Şərqdəki münaqişənin nizə ucunu İrana qarşı yönəldir.

Reyting.az
xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko İranın Birinci vitse-prezidenti Məhəmməd Moxberlə görüşündə bildirib.

Onun sözlərinə görə, dünyada gərginlik atrtır: “Yaxın Şərq böhranı ona kömək edir ki, bizə dost olmayan ölkələr – Amerika Birləşmiş Ştatları və Qərb bu münaqişənin nizəsini daim İrana qarşı yönəltsin. Bunu daha yaxşı hiss edirsən. Cavabımız birdir: biz bir-birimizlə daha sıx işləməli, bu hücumlara qarşı birgə əməkdaşlıq etməliyik”, - Lukaşenko vurğulayıb.

O qeyd edib ki, Belarus və İran Qərbin hücumlarına müqavimət göstərmək üçün bir-biri ilə daha sıx əməkdaşlıq etməlidir.

“Siz Belarusdakı vəziyyəti bilirsiniz. Bu, təxminən sizinlə eyni vəziyyətdir. Dövlətlərimizə edilən təzyiq misilsizdir, lakin siz artıq müəyyən dərəcədə buna müqavimət göstərməyi öyrənmisiniz və təcrübəniz bizim üçün çox vacibdir. Məni təəccübləndirən odur ki, bu müddət ərzində həyata keçirilən irimiqyaslı aksiyalar zamanı İran öz inkişaf səviyyəsini heç də aşağı salmayıb, əksinə, xeyli artırıb”, - deyə Belarus prezidenti əlavə edib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}