Bayden İordaniyaya səfərini təxirə salıb
Tarix: 18-10-2023 11:44 | Bölmə: Siyasət
Bayden İordaniyaya  səfərini təxirə salıb

ABŞ prezidenti Co Bayden İordaniyaya səfərini və İordaniya Kralı II Abdullah, Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbas və Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə planlaşdırılan görüşü təxirə salıb.

Reyting.az
xəbər verir ki, bu barədə Ağ ev məlumat yayıb.

Bəyanatda deyilir ki, ABŞ prezidenti tezliklə bu liderlərlə şəxsən məsləhətləşməni səbirsizliklə gözləyir və yaxın günlərdə onların hər biri ilə müntəzəm və birbaşa əlaqə saxlamağa razılaşıb.

“Prezident Qəzzada xəstəxanada baş verən partlayışda günahsız insanların həlak olması ilə bağlı dərin hüznlə başsağlığı verib və yaralananların tezliklə sağalmasını arzulayıb”, - deyə məlumatda bildirilir.

Ağ ev sözçüsü və Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbinin sözlərinə görə, İordaniyaya səfər etməmək qərarı ölkə liderləri ilə danışıqlardan sonra və prezident M. Abbasın üç günlük matəmlə bağlı ifadə etdiyi narahatlıqlar nəzərə alınaraq qəbul edilib.

Baydenin çərşənbə günü İsrailə səfəri gözlənilir.

Bundan əvvəl Bayden İsrailin baş naziri və Fələstin Milli Administrasiyasının rəhbəri Mahmud Abbasla telefon danışığı aparıb.

Onu da qeyd edək ki, dünən M. Abbas İsrailin Qəzzadakı xəstəxanaya hava hücumuna etiraz əlaməti olaraq C. Baydenlə planlaşdırılan görüşdən imtina edib.

Y. QACAR




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}