18:00 / 06-05-2024
DSMF-də yoxlama başlayıb
Ceyhun Bayramov Hakan Fidanla Ciddədə müzakirə aparıb
Tarix: 18-10-2023 18:05 | Bölmə: Siyasət
Ceyhun Bayramov Hakan Fidanla Ciddədə müzakirə aparıb

Xarici işlər naziri Ceyhun Bayramov İsrail-Fələstin münaqişə zonasında baş verən son hadisələr ilə bağlı İslam Əməkdaşlıq Təşkilatının İcraiyyə Komitəsinin nazirlər səviyyəsində Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində keçirilən növbədənkənar iclasında iştirakı çərçivəsində Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan ilə görüşüb.

Reyting.az
Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, görüş zamanı ikitərəfli strateji müttəfiqlik münasibətlərinin gündəliyi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, regionda baş verən son proseslər, eləcə də Azərbaycan-Ermənistan arasında sülh gündəliyinin perspektivləri müzakirə olunub.

İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının Şuşada keçirilmiş 27-ci iclasında müzakirə edilən məsələlər və iki ölkənin ilin sonunadək çoxtərəfli formatda keçirələcək tədbirlərdə iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb.

Nazirlər, həmçinin geniş regionda baş verən prosesləri müzakirə ediblər.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}