Paşinyan Qarabağdan olan erməniləri Ermənistanı tərk etməməyə çağırır
Tarix: 19-10-2023 14:01 | Bölmə: Siyasət
Paşinyan Qarabağdan olan erməniləri Ermənistanı tərk etməməyə çağırır

“Bu günə kimi Qarabağdan olan 3000-dən çox erməni Ermənistan Respublikasını tərk edib”.

Reyting.az
xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan bu gün hökumətin iclasında deyib.

“Mən bu mövzuda nəticə çıxarmaq istəmirəm, bəlkə də onların çoxu qohumlarını ziyarət etməyə, bir az vaxt keçirməyə hazırlaşır və ümid edirəm ki, biz bu mesajı çox aydın şəkildə çatdırırıq. Mən Qarabağdan olan bacı və qardaşlarımıza təşviq edirəm ki, Ermənistanda qalsınlar. Biz onları dəstəkləmək üçün hər şeyi edirik, de-fakto Qarabağa qayıtmaq arzusu və ya imkanı olmadığı halda, bizim siyasətimiz onların Ermənistanda qalmaları üçün hər şeyi etməkdir. Mən Qarabağdan olan qardaş və bacılarımızı Ermənistandan mühacirəti qarşıdan gələn tədbirlər planı kimi qəbul etməməyə çağırıram”, - deyə Paşinyan bildirib.

Baş nazir əlavə edib ki, onun hökuməti qaçqınlar üçün artıq 100 milyon dollar ayırıb və müxtəlif proqramlar hazırlanır.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}