19:23 / 02-02-2026
Süleyman Mikayılov: “Nə harasa çağırılmışam, nə də ifadə vermişəm”
18:52 / 02-02-2026
Sabiq səfir: Türkiyədə görüş təşkil etməyə çalışırlar
18:00 / 02-02-2026
Qaz borusu partlayıb, yaralılar var - Yenilənib
17:55 / 02-02-2026
Generallar yeni vəzifədə polkovnik rütbəsində işləyəcək
17:16 / 02-02-2026
Cəlaloğlu: İranı silahlandırmağın mənası yoxdur
16:42 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində səfərdədir - Fotolar
15:47 / 02-02-2026
Kreml Zelenskinin Moskvaya səfərində israrlıdır
15:17 / 02-02-2026
Oskar mükafatına namizədi həbs ediblər
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
14:20 / 02-02-2026
Apteklərdə nöqsanlar aşkar edilib
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
13:12 / 02-02-2026
Dağlıq ərazilərə qar yağacaq - Proqnoz
13:06 / 02-02-2026
İTV-nin Yayım Şurasına yeni üzvlər seçilib
12:39 / 02-02-2026
Milli Məclisin iki komissiyası yenidən formalaşdırılıb - Siyahı
12:31 / 02-02-2026
Deputat: Azərbaycan seçkilərə qədər Ermənistanla sülh müqaviləsini imzalaya bilər
12:04 / 02-02-2026
Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişikliklər II səsvermədə təsdiqlənib
11:57 / 02-02-2026
İşsizlik dövlət üçün əlavə risklər yarada bilər
11:38 / 02-02-2026
Ay missiyasına hazırlıqlar başlayıb - Foto
11:26 / 02-02-2026
Musiqiçi oğluna 521 dildə mahnı yazıb
11:04 / 02-02-2026
Milli Məclisin iclası başlayıb
10:59 / 02-02-2026
ABŞ İranı armada ilə, Tehran Ağ evi regional müharibə ilə təhdid edir
10:58 / 02-02-2026
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
10:34 / 02-02-2026
Prezident gəncləri təbrik edib - Müraciət
10:27 / 02-02-2026
Şanxay Əməkdaşlıq Təşkilatının öz valyutası olmayacaq
10:21 / 02-02-2026
Vergi və gömrük sahəsində yeni güzəştlə bağlı qərar imzalanıb
10:16 / 02-02-2026
Əli Əsədov qərar imzalayıb
10:12 / 02-02-2026
Bataqlıqların itirilməsi qlobal iqtisadiyyatı təhdid edir
09:55 / 02-02-2026
Əfqanıstan ŞƏT-də iştirakını bərpa edəcək
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
17:31 / 29-01-2026
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
14:05 / 29-01-2026
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
13:48 / 29-01-2026
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
15:01 / 29-01-2026
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
11:03 / 29-01-2026
Şaraa Əsədi geri almaq istəyir
O, bütün azərbaycanlıların qəhrəmanı və lideridir
Tarix: 21-10-2023 18:34 | Bölmə: Siyasət

“Bəşəriyyətin tarixini dahilərin tərcümeyi-halı təşkil edir”
Tomas Karleyl
Böyük Britaniya tarixçisi, yazıçısı və filosofu
Dahi şəxsiyyətlərin bəşəriyyətin tarixindəki yeri və rolu haqqındakı fikirlər, onların tərcümeyi-halı qədər müxtəlifdir. Lakin əksər fəlsəfi cərəyanların ilk carçıları və parlaq nümayəndələri şəxsiyyətlərin tarixi proseslərin inkişafındakı rolunun danılmaz olduğunu bildirirlər. Bu yazıya “Dünən və bu gün”, “Qəhrəmanlar, qəhrəmana pərəstiş və tarixdə qəhrəmanlıq”, “Tarixi və tənqidi təcrübələr” kimi seçilmiş insanların tarixdəki rolundan bəhs edən əsərlərin müəllifi, şotland əsilli Böyük Britaniya tarixçisi, yazıçısı və filosofu Tomas Karleylin sözləriylə başlamağım təsadüfi deyil. Karleylin şəxsiyyətlərin tarixdəki roluna münasibəti müasirlərindən, xüsusilə də şəxsiyyətlərin tarixdəki rolunu subyektiv ədəbi baxış bucağından təqdim etməyə çalışan müasiri Lev Tolstoydan və tənqidçisi Bertran Rasseldən daha aydın, daha əsaslandırılmış və faktolojidir. Tomas Karleyl ideya və məqsəd, həmçinin onların həyata keçirilməsi ilə bağlı mülahizə yürüdəndə də haqlıdır. Çünki o, şəxsiyyətlərin tarixdəki roluna, fransız filosofu Raymon Arondan fərqli olaraq, “təsadüflər” prizmasından yanaşmır”. Yaxud Hegel kimi “tarixi reallıqları şəxsiyyətlərin yaratmadığını, onların yalnız proseslərin gedişatına təsir göstərə bildiklərini” iddia etmir və mistik “bəşəri ruh” anlayışına üz tutmur. Karleyl insan amilini və onun yüksək ideallara sahiblənərək və bütün maneələri dəf edərək hədəfinə doğru irəliləmək potensialını önə çəkir. Tomas Karleyl yazır: “İdeal (hədəf, məqsəd) sizin özünüzdədir! Bu hədəfə çatmağa mane olan sədlər də sizin öz içinizdədir. İdeya və məqsədlərinizi həyata keçirmək üçün yeganə amil isə mövqeyiniz və iradənizdir”. Qənaətimə görə, Tomas Karleyl tamamilə haqlıdır. Çünki cəmiyyədə qəhrəmanlıq, fədakarlıq amilləri zəiflədikcə, liderlik keyfiyyətləri aşılandıqca, kütlənin gizli dağıdıcı qüvvəsi önə çıxır və bu dağıdığı qüvvə, toplum öz gerçək qəhrəmanını yenidən kəşf edib önə çıxaranadək qarşısına çıxan hər şeyi, o cümlədən yüksək dəyərləri, yaradıcı potensialı darmadağın edir. Biz gerçək qəhrəmanların və liderlərin tarixi proseslərdəki rolunun arxa plana keçdiyi zaman kəsiyində 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində kütləvi şüurun və antiqəhrəmanların ağır fəsadlara yol açan dağıdıcı gücünün şahidi olmuşuq və nə yaxşı ki, bu proses uzunmüddətli olmayıb.
...Yenidən Tomas Karleylin, hədəf, məqsəd və iradə haqqında daha öncə iqtibas gətirdiyim fikirlərinə qayıtmaq və şəxsiyyətin tarixi proseslərdəki rolunu, onun öz içində, düşüncəsində cücərdiyi, inkişaf etdirdiyi və həyata keçirdiyi idealla bağlı konkret nümunəyə müraciət etmək istəyirəm. Qeyd edim ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin müsahibələrindən birində yer alan bu nümunəyə daha öncəki yazılamdan birində də diqqət çəkmişəm. İndiki halda, tarixi zəfərimizin və uğurlarımızın memarının sözügedən müsahibəsində yer alan önəmli məqamları yenidən gün işığına çıxartmaqda məqsədim, şəxsiyyətin, liderin öz idealına doğru necə inamla, qətiyyətlə addımladığını və xalqın arzusundən boy atan bu idealı milyonların hədəfinə çevirmək məharətini bir daha vurğulamaqdan ibarətdir.
Beləliklə, Prezident İlham Əliyev 2011-ci il dekabrın 24-də, “Hakimiyyətin formulu” müəllif proqramına müsahibəsində həmyerlimiz Mixail Qusmanın ona ünvanlandığı “Təsəvvür edin, siz “zaman maşını”nda keçmişə qayıtmağı bacarmızınız. Həyatınızdakı hansı hadisələrə qayıtmaq və onları yenidən hiss etmək istərdiniz”,- sualına belə cavab verir:
“...Əgər belə bir imkanım olsaydı, gələcəyə gedərdim. Deyək ki, 10 il irəliyə. Baxmaq istəyərdim, görüm düşündüklərim, nəzərdə tutduqlarım alınıb ya yox və hansı dərəcədə alınıb”.
Qənaətimə görə, Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin təmin edilməsi ilə bağlı 2020-ci il, sentyabrın 27-dən başlayaraq günümüzə qədər davam edən, bizə silah tuşlayanların rüsvayçı məğubiyyəti, ağ bayraq qaldıraraq təslim olmaları, müharibə canilərinin əli qandallı Bakıya gətirilməsi ilə nəticələnən, çoxlarına möcüzə təsiri bağışlayan qürurverici hadisələrə Prezident İlham Əliyevin məhz bu müsahibədəki fikirlərindən yol almaq lazımdır. Bu gün Ali Baş Komandanın 22 il öncə haqqında açıq danışmadığı, sadəcə işarə etdiyi müqəddəs ali məqsədin, ana xəttin, ata yolun necə addım-addım, həm də mükəmməl bir şəkildə qət edildiyinə şahidlik edirik. Bu, xalqın arzularının onun qəhrəmanının – liderinin düşüncəsində necə boy atdığının, müqəddəs ideala çevrildiyinin, mürəkkəb, öncədən təxmin edilməsi mümkün olmayan kombinasiyalarla, zərgər dəqiqliyi ilə gerçəkləşdirildiyinin bariz nümunəsidir. Bu öz xalqını, Vətənini, dövlətini canından artıq sevən, həyatının mənasını xalqının qürurunun yüksəldilməsində, yürdünün, elinin bütövləşməsində görən ŞƏXSİYYƏTİN, LUDERİN, QƏHRƏMANIN timsalında bir insanın tarixin gedişatını dəyişə biləcək zəka və xarakterə sahib ola bilmək potensialının tarixin qaranlıq səhifələrinə boylanmadan, keçmişə ayna tutmadan, fəlsəfi mülahizələr içərisində itib batmadan gözümüzün önündə sərgilənən sübutur.
Şəxsiyyətlərin tarixdəki rolu ilə bağlı keçmişə ayna tutmaq istəməsəm də, bizi bu günümüzə gətirən dünyagörüşünün, dərin strateji zəkanın ötən illərin foto və video görüntülərindən boylanan cizgilərinə nəzər salmağı vacib hesab edirəm.
Sadə azərbaycanlı qəhrəman
1990-cı ilin 20 yanvar qırğınından sonra Ulu Öndərin Azərbaycanın Moskvadakı daimi nümayəndiliyində keçirdiyi mətbuat konfransından çəkilən foto və videogörüntülərə nəzər salıram. İlham Əliyev hüznlü və qayğılıdır. İçindəki etirazı gözlərində kök salan fikir yükü ilə, üz cizgilərində tarima çəkilən hüznlə pərdələdiyi açıq-aşkar görünür. O gündən başlayaraq, bizi Zəfərimizin mükəmməl bir şəkildə tamamlandığı günə qədər olan bütün fotoşəkilləri, təbii ki, hərəkətlilik və konkret situasiyaya uyğun reaksiya tələb edən məqamlar istisna olmaqla, göz önündən keçirirəm. Qəhrəmanımız bütün fotoşəkillərdə, gözlərini, həmin zaman kəsiyində sezə, mahiyyətini anlaya bilmədiyimiz məchul bir nöqtəyə dikərək düşünür... Yalnız özünün görə bildiyi uzaqlarda Böyük Zəfərimizə və Bütövlüyümüzə aparan yolun cizgilərini çəkir.
İlham Əliyev qəhrəmanlığın və liderliyin bütün çalarlarıyla tarixin və yaşadığımız zamanın amansız gedişatını bizə qarşı olan misli görünməmiş haqsızlıq və ədalətsizliyə sinə gərməklə kökündən dəyişməyi bacaran, Azərbaycan xalqının tarix boyu yetişdirdiyi şəxsiyyətlərin ən mükəmməl cizgilərini xarakterində daşıyan İNSAN obrazıdır.
O, xalqının ağır günündə, bütün maneələrə baxmayaraq, onunla birlikdə olan, hüznünü, ağrı-acısını bölüşən sadə azərbaycanlıdır.
O, şəhid anasının gözlərindəki dərdi ürəyinə köçürən, Vətən yolunda canını fəda edən qəhrəmanların doğmalarının acısını öz ağrısı kimi yaşayan, şəhid məzarları önündə acısını köksünə sıxan qardaşdır...
O, Azərbaycan xalqının arzularını ifadə edən ata vəsiyyətini yerinə yetirdiyi üçün qürurunu, sevincini, öz yurduna geri dönənlərin sözlə ifadə edilməsi mümkün olmayan duyğularını gözünə sıxıb kövrələn övladdır, atadır!
O, 20 il ərzində öz xalqını zamanın dolanbaclarından keçirərək, məğlubiyyət sindromunu qətiyyəti və inamı ilə yenən, dünyanın haqsız düzənində meydan sulayan şərin himayəsinə sığınan qaranlığı zəkasının işığıyla qovan, total ədalətsizliyə savaş açan və qalib gələn sərkərdədir!
O, bütün AZƏRBAYCANLILARIN QƏHRƏMANI və LİDERİDİR!
Elçin MİRZƏBƏYLİ
Bölməyə aid digər xəbərlər

Bu gün, 10:58
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
Bu gün, 09:09
Tehran Vaşinqtonla razılığa gəlməyə hazırdır, amma...
30-01-2026, 18:07
ABŞ Nümayəndələr Palatasının üzvləri Azərbaycana gəlib
30-01-2026, 15:21
Hikmət Hacıyev BMT rəsmisi ilə müzakirə aparıb
30-01-2026, 13:20
Zelenski Moskvada Putinlə görüşü istisna edib
30-01-2026, 12:42
Ceyhun Bayramov BƏƏ-nin XİN başçısı ilə telefonda danışıb
30-01-2026, 12:09
ABŞ müdafiə naziri NATO-nun əsas görüşündə iştirakdan imtina edib
30-01-2026, 09:55
Rusiya BMT-dən nəyi xahiş edir?
30-01-2026, 06:36
Amerikalılar Trampı klassik faşistə bənzədir
29-01-2026, 15:27
Bəylər Eyyubovun qardaşı oğlu həbsdən buraxılmayıb
29-01-2026, 08:18
Ankara İranda sabitliyin tərəfdarıdır
28-01-2026, 23:53
Aİ ilə Azərbaycan arasında mühim məsələlər müzakirə olunub
28-01-2026, 17:10
Ceyhun Bayramov Çin xarici işlər naziri ilə görüşüb - Yenilənib
28-01-2026, 15:18
Deputatlar daha 16 qanuna dəyişiklik edəcək - Siyahı
28-01-2026, 13:45
Türkiyəyə qarşı plan: ABŞ geri çəkilir, Fransa terror təşkilatına köməyini artırır
28-01-2026, 11:04
Abbas Abbasovun Bakıdakı mənzillərində axtarış aparılıb
28-01-2026, 10:08
Sülh Şurası Azərbaycanı təsisçi üzv kimi salamlayıb
27-01-2026, 21:17
Ukrayna ABŞ ilə 20 bəndlik sülh sənədi imzalayacaq
27-01-2026, 17:08
Milli Məclisə bu təşkilatda müşahidəçi statusu verilib
27-01-2026, 13:29
Apellyasiya Məhkəməsi Əli Kərimli barəsində qərar verib
27-01-2026, 13:16
Hikmət Hacıyevin adından saxta məzmunlu video yayılıb
27-01-2026, 12:47
Ceyhun Bayramov Çinə gedib
27-01-2026, 12:26
Türkiyənin Ermənistana yardım edəcəyi ilə bağlı iddialar əsassızdır
27-01-2026, 10:40
XİN Holokost qurbanlarını anıb
27-01-2026, 08:34
HƏMAS rəsmiləri Ankarada səfərdədir
26-01-2026, 19:33
İsrailin xarici işlər naziri Bakıda deputatlarla görüşüb
26-01-2026, 12:47
Azərbaycan və İsrail XİN başçıları görüşüb - (Yenilənib) - Foto
26-01-2026, 10:22
Sahibə Qafarova Bəhreyn kralı ilə müzakirə aparıb
26-01-2026, 08:05
ABŞ-nın Qrenlandiya ilə bağlı planı üzə çıxıb
24-01-2026, 23:50
Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşüb
24-01-2026, 16:28
Fəzail Ağamalı: "Qızım yeni sədrdir, oğlum isə partiyadan çıxarılıb"
24-01-2026, 15:22
Ana Vətən Partiyasına sədr seçiblər - Qurultay
23-01-2026, 17:05
Apellyasiya Məhkəməsi Zabil Qəhrəmanovu həbsdə saxlayıb
23-01-2026, 16:44
Bakı Vaşinqtonun etibarlı tərəfdaşına çevrilib - Politoloq
23-01-2026, 14:42
ABŞ Səfirliyi Tramp-Əliyev görüşü haqqında məlumat yayıb
23-01-2026, 14:22
Ceyhun Bayramov İran XİN başçısının müavini ilə görüşüb
23-01-2026, 12:17
Zaur Əkbər Avropaya mühacirətə yollanıb
23-01-2026, 11:22
Zahid Oruc: Sərhəd kəndlərin inkişafı ilə bağlı ayrıca dövlət proqramına ehtiyac var
23-01-2026, 08:59
Putin Trampın elçiləri ilə nəyi müzakirə edib?
23-01-2026, 00:06
Ərdoğan: Türkiyə İranda sabitliyə böyük əhəmiyyət verir
22-01-2026, 22:20
Deputatlar Konqresinin sədri Azərbaycana gəlib - Foto
22-01-2026, 14:35
Tramp: "Azərbaycan və Ermənistan liderləri mənim dostlarımdır"

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər