Köçəryan: “Əgər Şahramanyanın imzaladığı sənəd etibarlı deyilsə, o zaman...”
Tarix: 23-10-2023 15:54 | Bölmə: Siyasət
Köçəryan: “Əgər Şahramanyanın imzaladığı sənəd etibarlı deyilsə, o zaman...”

Ermənilər Qarabağdan Ermənistana köçdükdən sonra “Artsax hakimiyyəti”nin onları narahat edən suallara cavab verməsini istəyirlər.

Reyting.az
-ın xəbərinə görə, bunu Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik daimi komissiyasının sədri, “Mülki müqavilə” partiyasından olan deputat Andranik Köçəryan deyib.

O, daha sonra separatçı qurumun rəhbərlərini nəzərdə tutaraq saxta qurumun ləğv edilməsi haqda imzalanan sənədə münasibət bildirib:

“Bu səlahiyyətlilər sonra deyirlər: “Biz imzaladıq” və ya: “Biz imzalamadıq”. Sonra da “bəzi məmurlar məmur qalsın, digərləri qalmasın”,- söyləyirlər. Sonra da deyirlər: “Bizim başımızı sındırmaq lazımdır”. Mən isə deyirəm: yox, siz, cənab Şahramanyan, 22 səslə “prezidentsiniz”, başları xilas etməyin vaxtı çatıb və heç bir baş qırılmamalıdır”.

Köçəryanın sözlərinə görə, Şahramanyan qərar versin ki, o, “Artsax”ın ləğvi ilə bağlı sənədi imzalayıb, ya yox? “Əgər imza atmayıbsa, niyə Ermənistandadır, “Artsax”da vəzifə tutmalı idi? Əgər bu sənəd etibarlı deyilsə, onda “Artsax” erməniləri niyə öz evlərini tərk ediblər?”, - o əlavə edib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}