Ərdoğan İsveçin NATO-ya qəbulu ilə bağlı protokolu təsdiq üçün parlamentə təqdim edib
Tarix: 23-10-2023 20:23 | Bölmə: Siyasət
Ərdoğan İsveçin NATO-ya qəbulu ilə bağlı protokolu təsdiq üçün parlamentə təqdim edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya qəbulu ilə bağlı protokolu parlamentə təqdim edib.

Reyting.az
xəbər verir ki, bu barədə Türkiyə prezidentinin administrasiyası məlumat yayıb.

Məlumatda bildirilir ki, prezident Ərdoğan İsveçin NATO-ya daxil olması ilə bağlı protokolu imzalayıb və oktyabrın 23-də parlamentə təqdim edib.

Xatırladaq ki, Türkiyə hakimiyyəti daha əvvəl parlamentin payız sessiyasının başlaması ilə İsveçin NATO-ya üzv olmaq üçün müraciətinə oktyabrda baxılmasının mümkünlüyünü bəyan etmişdi.

Prosedura əsasən, sənəd ilkin olaraq Beynəlxalq Əlaqələr Komissiyasında nəzərdən keçiriləcək və təsdiqləndiyi təqdirdə bütövlükdə parlamentin səsverməsinə çıxarılacaq.

Y. QACAR




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}