Deputat: "Fransanın Ermənistanı silahlandırması Azərbaycana təhlükə yaradır"
Tarix: 24-10-2023 11:37 | Bölmə: Siyasət
Deputat: "Fransanın Ermənistanı silahlandırması Azərbaycana təhlükə yaradır"

“Son zamanlar Fransanın Cənubi Qafqazda aqressiv siyasətinin yeni təzahürləri meydana çıxıb”.

Reyting.az
xəbər verir ki, bunu Milli Məclisin deputatı Tural Gəncəliyev parlamentin oktyabrın 24-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Fransa və Ermənistan arasında hərbi sahədə əməkdaşlıqla bağlı imzalanan sonuncu müqavilə regionda olan həssas balansın pozulmasına yönəlib və Azərbaycanın milli təhlükəsizliyinə xələlə gətirəcək hadisədir: “Bunu ciddi şəkildə qınamalı və pisləməliyik”.

Deputat bildirib ki, Fransa yeni müstəmləkəçilik siyasətinin adını dəyişərək bir sıra əraziləri öz nəzarətində saxlayır: “Bu zülmə qarşı xalqların səsinə səs verməliyik. Ritorika səviyyəsində Fransanın beynəlxalq təşkilatlarda apardığı aqressiv siyasəti pisləməliyik”(Report).




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}