Paşinyan Şahramanyanı Bakının tələbləri ilə razılaşmağa çağırıb
Tarix: 24-10-2023 12:28 | Bölmə: Siyasət
Paşinyan Şahramanyanı Bakının tələbləri ilə razılaşmağa çağırıb

Ermənistanın baş naziri Nikol Paşinyan “Artsax prezidenti” Samvel Şahramanyanı Azərbaycanın bütün şərtləri ilə razılaşmağa şəxsən inandırıb.

Reyting.az
xəbər verir ki, bu barədə “Hraparak” qəzeti bildirib.

“Ermənistan hakimiyyəti Samvel Şahramanyanı “Artsax Respublikası”nın qəti şəkildə təslim edilməsi və ləğvi haqqında fərmanı imzalamaqda ittiham etsə də, ictimaiyyəti inandırmağa çalışırlar ki, Paşinyanın bu qərarla heç bir əlaqəsi yoxdur, hətta bundan xəbəri də olmayıb. Lakin hökumət mənbələri başqa təfərrüatları da verir: Nikol Paşinyan bu fərmanın mətnindən şəxsən xəbərdar olub və şəxsən Şahramanyanı Azərbaycanın bütün tələbləri ilə razılaşaraq hərbi eskalasiyanı dayandırmaq üçün hər şeyi etməyə çağırıb”,- qəzet yazır.

“Hraparak” qeyd edir ki, xüsusilə Azərbaycan “Artsax Respublikası”nın ləğvi, yəni “dövlət” qurumlarının, ordunun ləğvi, silahların təhvil verilməsi tələblərini çatdıranda Şahramanyan “Milli Təhlükəsizlik Xidmətinin” direktoru Armen Abazyanla əlaqə saxlayıb və onun vasitəçiliyi ilə Paşinyanla telefon danışığı olub. Paşinyan Azərbaycanın bütün tələblərinin dərhal yerinə yetirilməsinə, müharibənin Ermənistan ərazisinə keçməsinin qarşısını almağa çağırıb”, -“Hraparak” yazıb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}