Ermənistan müxalifəti insanları küçələrə çıxarmağa çalışır
Tarix: 24-10-2023 14:09 | Bölmə: Siyasət
Ermənistan müxalifəti insanları küçələrə çıxarmağa çalışır

“Son beş ildə Ermənistan uçuruma doğru sürüşür”.

Reyting.az
Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, bunu oktyabrın 24-də jurnalistlərlə söhbətində parlamentin “Ermənistan” fraksiyasının üzvü Artur Xaçatryan deyib.

Müxalifətçi deputat bildirib ki, Ermənistan hökumətini dəyişmək lazımdır:

“Bəs indi müxalifətə hücumlar hakimiyyətin dəyişməsinə kömək edirmi? Onlar kömək etmir. Sonda cəmiyyətdə, siyasi palitrada yeganə ciddi, mütəşəkkil, institusional müxalifət Milli Məclisdə toplaşan bizik və müxalifət nə etməlidirsə, onu da edirik, iqtidarı tənqid edirik”.

A. Xaçatryan əmin edib ki, müxalifət insanları küçələrə yığmağa çalışır. Onun sözlərinə görə, alternativ müxalifət daha da az uğur qazanır, iqtidara dəstək isə azalır. “İrəvan meri seçkiləri bunu əyani şəkildə nümayiş etdirdi”, - deyə Xaçatryan bildirib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}