Aİ-nin missiyası: “Monitorinqin nəticələrini Azərbaycana təqdim etmirik”
Tarix: 25-10-2023 18:16 | Bölmə: Siyasət
Aİ-nin missiyası: “Monitorinqin nəticələrini Azərbaycana təqdim etmirik”

“Missiyamıza 103 nəfər daxildir. Bizim vəzifəmiz bölgədə Avropa İttifaqının gözü və qulağı olmaqdır”.

Reyting.az
xarici KİV-lərə istinadla xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Ermənistandakı mülki monitorinq missiyasının rəhbəri Markus Ritter APRI Ermənistan analitik mərkəzinin “Qeyri-müəyyənlik şəraitində irəliləyiş” konfransında bildirib.

Onun sözlərinə görə, müşahidəçilər arasında hərbçilər olmasa da, keçmiş polislər və keçmiş sərhədçilər var.

“Missiyaya Aİ-nin 27 ölkəsindən 24 ölkənin nümayəndələri daxildir. Ümid edirik ki, başqaları da qoşulacaq, vakansiyalar var. Hazırkı razılaşmalara əsaslanan missiya 2025-ci ilin dekabrına qədər fəaliyyət göstərəcək”, - deyən missiya rəhbəri əlavə edib ki, anlaşılmazlıqların qarşısını almaq üçün fəaliyyətləri barədə Bakıya məlumat verirlər: “Amma biz monitorinqin nəticələrini nə Ermənistana, nə də Azərbaycana yox, yalnız Aİ-nin qərargahına təqdim edirik”.

Aİ nümayəndəsi vurğulayıb ki, sentyabr hadisələrindən sonra monitorinq missiyası ilə bağlı müzakirələr aparılıb, lakin bu məsələ ABŞ-ın missiyaya qoşula biləcəyi məsələ kimi Brüsselə də ünvanlanmalıdır.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}