ABŞ və Türkiyə Qara dənizlə bağlı danışıqlar aparır
Tarix: 26-10-2023 10:32 | Bölmə: Siyasət
ABŞ və Türkiyə Qara dənizlə bağlı danışıqlar aparır

ABŞ və Türkiyə NATO gəmilərinin Qara dənizdə mövcudluğunu artırmaq üçün məsləhətləşmələr aparır.

Reyting.az
xəbər verir ki, bu barədə ABŞ Konqresi Senatının Xarici Əlaqələr Komitəsindəki dinləmələrdə çıxış edən dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen bildirib.

Senatorların “Birləşmiş Ştatlar NATO-nun Qara dənizdəki hərbi mövcudluğunu genişləndirmək istəyirmi”, - sualına Ceyms O`Brayen belə cavab verib:

“Bu, türk müttəfiqlərimizlə davam edən müzakirə mövzusudur. Türkiyə hərbi gəmilərin Qara dənizə çıxışına nəzarət edir”.

C. O`Brayenin iddiasına görə, Vaşinqton Ankaranı Moskva ilə enerji sektorunda əməkdaşlığı gücləndirməkdən çəkindirir. Bunun müqabilində ABŞ Türkiyəyə ikitərəfli münasibətləri gücləndirməyi təklif edir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}