Qaribaşvili: “Gürcüstan sülh üçün Ermənistan və Azərbaycanla işləməyə hazırdır”
Tarix: 26-10-2023 14:41 | Bölmə: Siyasət
Qaribaşvili: “Gürcüstan sülh üçün Ermənistan və Azərbaycanla işləməyə hazırdır”

“Gürcüstan Ermənistan və Azərbaycanla Cənubi Qafqazda uzunmüddətli sülhə nail olmaq üçün işləməyə hazırdır”.

Reyting.az
xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili bildirib.

Tbilisidə İpək Yolu Forumunu açan Qaribaşvili deyib: “Hökumətimin Sülh Qonşuluq Təşəbbüsünün köməyi ilə biz qonşularımız və dostlarımızla - Ermənistan və Azərbaycanla nəhayət Cənubi Qafqazda uzunmüddətli sülhün bərqərar olması üçün işləməyə hazırıq”.

Qaribaşvili əlavə edib ki, forumda iştirak etmək üçün gələn Ermənistan və Azərbaycanın baş nazirləri Nikol Paşinyan və Əli Əsədovu salamlamaqdan şaddır.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}