Prezidentin köməkçisi: "Bu günədək 3413 nəfər mina qurbanı olub"
Tarix: 26-10-2023 16:27 | Bölmə: Siyasət
Prezidentin köməkçisi: "Bu günədək 3413 nəfər mina qurbanı olub"

"2020-ci il noyabrın 10-dan 2023-cü il oktyabrın 26-dək 334 Azərbaycan vətəndaşı minaya düşüb".

Reyting.az
xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev "X" hesabında yazıb.

Onun sözlərinə görə, 334 nəfərdən 65-i həyatını itirib, 269 nəfər isə yaralanıb: "Ölənlərdən 50 nəfər mülki vətəndaş, 15 nəfər isə hərbçidir. Yaralananlar arasında isə 105 mülki, 164 hərbçi var".

H.Hacıyev bildirib ki, 1991-ci ildən bu günədək 3413 nəfər mina qurbanı olub: "Onlardan 357-si uşaq və yeniyetmə, 38 nəfəri isə qadındır".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}