Saakaşvili: “Ruslar Gürcüstan üçün təhlükə mənbəyidir”
Tarix: 28-10-2023 18:03 | Bölmə: Siyasət
Saakaşvili: “Ruslar Gürcüstan üçün təhlükə mənbəyidir”

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili milli təhlükəsizlik səbəbi ilə Rusiya vətəndaşlarının ölkədə əldə etdiyi daşınmaz əmlakın məcburi şəkildə alınmasının vacibliyini bəyan edib.

Reyting.az
xəbər verir ki, onun uzaqdan iştirak etdiyi məhkəmə iclasındakı sözlərini Newsgeorgia.ge portalı yayıb.

Saakaşvilinin fikrincə, gec-tez Gürcüstanda hakimiyyət dəyişəcək və o zaman rusların kütləvi şəkildə daşınmaz əmlak almasının nəticələri ilə məşğul olmaq lazım gələcək: “Rusların əksəriyyətinin psixi korreksiyası mümkün deyil. Bu adamlar Gürcüstan üçün artan təhlükə mənbəyidir. Hökumət dəyişən kimi ruslara mənzil satmaq üçün bir il vaxt verilməlidir”.

O vurğulayıb ki, dövlət xaricdə yaşayan Gürcüstan vətəndaşlarının sonradan əldə etmələri üçün mənzillərin və torpaq sahələrinin alınmasını asanlaşdırmaq üçün proqram yaratmalıdır.

“Biz gürcülərin qayıtması üçün proqram yaratmalıyıq. Rusların Gürcüstanda uzunmüddətli gələcəyi yoxdur”, - deyə siyasətçi bildirib.

Xatırladaq ki, Saakaşvili ona qarşı bir sıra cinayət işlərinin olmasına baxmayaraq, 2021-ci ilin oktyabrında vətəninə qayıdıb. Nəticədə Gürcüstanın eks-prezidenti həbs edilib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}