Ceyhun Bayramovla Sergey Lavrov arasında telefon danışığı olub
Tarix: 28-10-2023 20:42 | Bölmə: Siyasət
Ceyhun Bayramovla Sergey Lavrov arasında telefon danışığı olub

Xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

Reyting.az
 Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, telefon danışığı zamanı nazirlər Azərbaycanla Rusiya arasında əməkdaşlıq məsələləri, Azərbaycan-Ermənistan sülh prosesinin perspektivlərini, eləcə də bölgədəki cari vəziyyəti müzakirə ediblər.

Söhbət əsnasında Azərbaycan və Ermənistan arasında suverenlik və ərazi bütövlüyü çərçivəsində münasibətlərin normallaşdırılmasının və bölgədə davamlı sülhün bərqərar edilməsinin vacibliyi vurğulanıb.

Telefon danışığı zamanı, həmçinin digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}