Almaniya Avropanı mümkün müharibəyə hazırlaşmağa çağırır
Tarix: 30-10-2023 10:10 | Bölmə: Siyasət
Almaniya Avropanı mümkün müharibəyə hazırlaşmağa çağırır

“Biz Avropada müharibə təhlükəsinin ola biləcəyi fikrinə alışmalıyıq. Bu isə o deməkdir ki, biz müharibəyə hazır olmalıyıq, inadkar olmalıyıq”.

Reyting.az
xəbər verir ki, belə bir çağırışı Almaniyanın müdafiə naziri Boris Pistorius edib.

Müdafiə naziri ZDF-ə müsahibəsində müharibə təhlükəsi fikrinə alışmağın zəruriliyindən danışıb və Avropada mümkün müharibəyə hazırlaşmağa çağırıb.

B. Pistorius almanları “zehniyyətlərini dəyişməyə” və daha çox müdafiə olunmağa səsləyib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}