Bosfordan keçən türk gəmiləri qonşu ölkələrdə təşviş yaradıb - Video
Tarix: 30-10-2023 13:20 | Bölmə: Siyasət
Bosfordan keçən türk gəmiləri qonşu ölkələrdə təşviş yaradıb

Türkiyə Cümhuriyyətinin 100 illik yubileyi dünya mətbuatında əks-səda doğurub. İngilis mediası ölkənin son yüz ildəki qırılma anlarını bir araya toplasa da, yunan mətbuatı Bosfor boğazından keçən 100 gəmini güc nümayişi kimi təqdim edir.

Reyting.az
xəbər verir ki, cümhuriyyətin 100-cü ildönümü münasibətilə Türkiyənin hər yerində xüsusi tədbirlər keçirilib.

Siyasətçilər də cümhuriyyətin 100 illiyi ilə bağlı sosial media hesablarından açıqlamalar veriblər. Bosfor boğazında keçirilən hərbi nümayişlər isə nəfəskəsici olub.

Cümhuriyyətin 100 illiyi münasibəti ilə boğazda möhtəşəm nümayiş təşkil edilib. Türk ulduzları və Solo Türk pilotları Bosforda unikal şou nümayiş etdirib, səmada 100 rəqəmini yazıblar.

Daha sonra Türkiyə tarixində ilk dəfə olaraq 100 donanma gəmisi Bosfor boğazından keçib. Mənalı keçid prosesində “TCG Anadolu”, “TCG Nusret”, “Derya”, 11 friqat, 10 sualtı qayıq, 4 korvet, 4 patrul gəmisi, 17 hücum kateri, 8 mina ov gəmisi, 5 yanacaq gəmisi, 5 amfibiya gəmisi, desant gəmiləri, 18 köməkçi sinif gəmi və 5 hücum botu iştirak edib.

NATO həm quru, həm də hava hesablarından Türkiyənin 100 illik yubileyini “Türkiyə Cümhuriyyətinin 100 illiyi mübarək! O, çox əsrlərə”,- ifadəsi ilə təbrik edib.

Yunan mediası isə artıq iki gündür ki, güc nümayişindən yazır. Türkiyənin 100 illik yubileyi çərçivəsində Bosfor boğazından 100 döyüş gəmisi keçdiyini yazan “Pronevs” nəşri Ankaranın güc nümayişindən bəhs edir.



ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}