QMİ sədri Qaraçay-Çərkəzin rəhbəri ilə görüşüb
Tarix: 30-10-2023 23:40 | Bölmə: Siyasət
QMİ sədri Qaraçay-Çərkəzin rəhbəri ilə görüşüb

Oktyabrın 30-da Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Qaraçay-Çərkəz Respublikasının başçısı Rəşid Temrezovla görüşüb.

Reyting.az
-ın xəbərinə görə, QMİ sədri Çerkessk şəhərində yeni məscid kompleksinin istifadəyə verilməsi münasibəti ilə təbrik və xeyir-dualarını Qaraçay-Çərkəz Respublikası əhalisinə çatdırmağı xahiş edib.

Azərbaycana səfərinin məqsədi, burada keçirdiyi görüşlər barədə Şeyxülislam həzrətlərinə məlumat verən Qaraçay-Çərkəz Respublikasının başçısı Rəşid Temrezov ölkəmizin bütün sahələrdə əldə etdiyi uğurlardan, dinamik inkişafdan məmnunluğunu ifadə edib. Müdrik ağsaqqal kimi bütün Qafqazda tanınan Şeyxülislam həzrətləri ilə Bakıda görüşməkdən şərəf duyduğunu vurğulayıb. Rəşid Temrezov Şeyxüliaslam həzrətlərini Qaraçay-Çərkəz Respublikasına dəvət edib.

Söhbət zamanı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb. Sonda qonağa xatirə hədiyyəsi təqdim olunub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}