Səfirlik Ukraynadakı azərbaycanlılara müraciət edib
Tarix: 31-10-2023 12:01 | Bölmə: Siyasət
Səfirlik Ukraynadakı azərbaycanlılara müraciət edib

Azərbaycanın Ukraynadakı səfirliyi Odessa vilayəti və yaxın ərazilərdə daimi, yaxud müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarına müraciət edib.

Reyting.az
-ın məlumatına görə, müraciətdə deyilir ki, 11 noyabr 2023-cü ildə Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyinin konsulluq şöbəsi tərəfindən Odessa şəhərində səyyar konsulluq xidmətinin göstərilməsi planlaşdırılır.

Ünvan: Одеса. Вул.Пушкинська 54. Дім «Азербайджан» Qəbul vaxtı: 09:30-dan -13:30-dək. Əlaqə telefonu: +380 73 505 00 00

Səfirlik bildirir ki, Odessa vilayətində təhlükəsizlik şəraiti pisləşəcəyi təqdirdə səyyar konsulluq xidməti təxirə salına bilər. Bunun nəzərə alınması xahiş olunur.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}