Keçmiş separatçı: “Onlar həm malını, həm də namusunu itirərək...”
Tarix: 31-10-2023 15:38 | Bölmə: Siyasət
Keçmiş separatçı: “Onlar həm malını, həm də namusunu itirərək...”

“Düşünürəm ki, Yevlaxda heç bir danışıqlar getməyib, orada ancaq şəkil çəkdiriblər, çünki azərbaycanlılara nəşr üçün şəkil lazım idi”.

Reyting.az
xəbər verir ki, bunu erməni mediasına özünü buraxmış qanunsuz separatçı qurumun sözdə ərazi idarəetmə və infrastruktur naziri Hayk Xanumyan deyib.

“Qoy Şahramanyan desin ki, harada və kiminlə danışıqlar aparıb. Danışıqlar olubsa, bu, Şuşada Şahramanyanla Azərbaycanın xüsusi xidmət orqanları arasında olub. Yevlax sadəcə, bir şəkil idi və əsl proses Şuşadə baş verib”, - Xanumyan bildirib.

Separatçı erməni daha sonra deyib ki, sözdə 7 deputat saxta separatçı qurumun ləğvi ilə bağlı Şahramanyanın fərmanının qanuniliyi barədə rəy bildirmək üçün Ali Məhkəməyə müraciət edə bilər: “Bunun üçün sizdə ən azı fərmanın surəti olmalıdır. Deyəsən, “deputatlar” bunu almaq üçün prezident aparatına üz tutublar”.

O, bu fərmanla bağlı Ermənistan və separatçı qurumun keçmiş liderləri arasında müzakirələrin olmasını ehtimal etmir. “Onlar bu qərarlarını sadə ermənilərlə müzakirə etməyə belə cəsarət göstərmədilər. Əslində bir neçə nəfər, keçmiş “prezidentlər” və onlara xidmət edən “siyasi qüvvələr” oturub bu qərarı verdilər. Onlar əmlaklarını itirməkdən qorxurdular. Amma insanlar hakimiyyəti bu məsuliyyətə hazır olan adama verməkdənsə, həm malını, həm də namusunu itirərək, Bakı həbsxanalarına düşməyə üstünlük verdilər”.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}