İsraildə siyasi böhran başlayır
Tarix: 31-10-2023 16:11 | Bölmə: Siyasət
İsraildə siyasi böhran başlayır

İsrailin baş naziri Benyamin Netanyahunun bazar günü gecə verdiyi bəyanat ölkədə siyasi gərginliyə səbəb olub. Baş nazir sonradan paylaşımını silib üzr istəsə də, buna reaksiyalar artır.

Reyting.az
xatırladır ki, İsrail-HƏMAS müharibəsinin başladığı 7 oktyabrdan bəri ölkədə tənqid oxları Benyamin Netanyahuya yönəlib. Baş nazir isə bazar günü gecə yarısı verdiyi açıqlama ilə vəziyyəti daha da pisləşdirib və böyük siyasi çatlar yaradıb.

Qeyd edək ki, Netanyahu sosial media hesabında HƏMAS-ın hücumu ilə bağlı məlumatlandırılmadığını, ən azı 1400 nəfərin öldüyü hücumun məsuliyyətinin ordu və kəşfiyyat rəislərinin üzərində olduğunu yazıb. Bu açıqlama ölkədə qəzəb doğurub. Hətta baş nazirin sonradan tvitini silib, “səhv etdim”,- yazaraq üzr istəməsi də siyasi gərginliyi azaltmayıb.

Siyasi liderlər Netanyahunu ölkənin çətin hərbi əməliyyatla üzləşdiyi bir vaxtda siyasətlə məşğul olmaqla ittiham edir, ekspertlər isə baş nazirin ölkəni müharibəyə sürükləmək qabiliyyətini şübhə altına alırlar.

Yossi Mekelberg “Netanyahunun hüdudlarını aşdığını söyləmək ilin yalnış ifadəsi olardı”,- deyib və HƏMAS-ın hücumundan sonra qurulan döyüş kabinetində Netanyahuya güvənən bir nəfərin də olmadığını iddia edib.

Bir zamanlar Netanyahunun müdafiə naziri olmuş Aviqdor Liberman “Netanyahu təhlükəsizlik və ya girovlarla maraqlanmır, onu yalnız siyasət maraqlandırır”,- deyərkən, İsrail Xarici İşlər Nazirliyinin keçmiş direktoru Alon Lien bunun aysberqin ucu olduğunu söyləyib və Netanyahunun özünün bir mübahisə hazırladığını bildirib.

Ölkənin ən böyük qəzetlərindən biri “Haaretzdə” Alon Pinkasın dərc etdiyi təhlildə Netanyahu tənqid hədəfinə çevrilib. Müəllif Netanyahunun 7 oktyabr fəlakətindən qurtulmaq üçün kampaniya apardığını bildirib: “Planetin iki ən aşağı nöqtəsi İsraildədir. Bunlardan biri Ölü dəniz, digəri isə Benyamin Netanyahunun münasibətidir. Biri təbii möcüzə, digəri isə siyasi səhvdir”.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}