Partiya rəhbərinin oğlu həbs edilib - Yenilənib
Tarix: 02-11-2023 12:20 | Bölmə: Siyasət
Partiya rəhbərinin oğlu həbs edilib - Yenilənib

Müsavat Partiyasının başqanı Arif Hacılının oğlu həbs edilib.

Reyting.az
xəbər verir ki, bu barədə Arif Hacılı sosial şəbəkə hesabında məlumat yayıb.

Arif Hacılı qeyd edib ki oğlu Orxan Hacılı bir neçə gün əvvəl baş vermiş avtomobil qəzası ilə əlaqədar həbs edilib.

A. Hacılı iddia edir ki, haqqında məlumat verilən qəza hadisəsində toqquşan avtomobildə olan sürüсünün xəsarət almasını sənədləşdirmək cəhdləri baş tutmadıqdan və hadisənin üzərindən 20 gün keçdikdən sonra yeni “zərərçəkən” tapıblar: “Guya kimsə yoldan keçərkən bu qəza nəticəsində xəsarət alıb. Halbuki özlərinin yaydığı videogörüntüdə də orada başqa kimsənin olmadığı aydın görünür”.

Qeyd edək ki, bir müddət əvvəl Orxan Hacılının Bakıda yol qəzası törətməsi barədə görüntülər yayılıb. Sosial şəbəkədə yayılan görüntülərdə Yasamal rayonu ərazisində, Hüseyn Cavid prospektində sərxoş olduğu iddia edilən sürücünün qəza törətdiyi əks olunub. “Honda” markalı avtomobil manevr edəndə bir neçə avtomobilə çırpılıb. Qəza nəticəsində xəsarət alanların olduğu, avtomobillərə ziyan dəydiyi bildirilir.

***

İdarə etdiyi maşınla qəza törədib qaçmaqda ittiham olunan Orxan Hacılı barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Reyting.az
xəbər verir ki, Orxanın əmisi Mustafa Hacıbəyli məlumat paylaşıb.

Onun sözlərinə görə, bu barədə Yasamal Rayon Məhkəməsinin hakimi Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən prosesdə qərar verilib.

O.Hacılı barəsində Cinayət Məcəlləsinin 263 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264 (yol nəqliyyat hadisəsi yerindən qaçmada) maddələri ilə ittiham irəli sürülüb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}