Gürcüstan Qafqazın lideri olmağa çalışır - Komitə sədri
Tarix: 01-11-2023 14:25 | Bölmə: Siyasət
Gürcüstan Qafqazın lideri olmağa çalışır

“Gürcüstan regionda lider rolunu öz üzərinə götürmək istəyir. Rəsmi Tbilisin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına kömək etmək səyləri də bununla bağlıdır”.

Reyting.az
xəbər verir ki, bunu Gürcüstanın Birinci Kanalının efirində Gürcüstan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze deyib.

Komitə sədri əlavə edib ki, Gürcüstan “3+3” formatına qatılmır və burada onların çox aydın mövqeyi var:

“Gürcüstanın işğal olunmuş əraziləri Rusiya tərəfindən işğal kimi tanınmayana və Rusiya Federasiyası Gürcüstanın ərazi bütövlüyünü tanımayana qədər biz bu formatda iştirak etməyəcəyik. Amma bu o demək deyil ki, biz Türkiyə ilə ikitərəfli əlaqələri inkişaf etdirməyəcəyik və Gürcüstan-Ermənistan-Azərbaycan arasında üçtərəfli münasibətlər formatı yaratmağa çalışmayacağıq. Əlbəttə, bizim üçün Qafqazda həm siyasi, həm də iqtisadi əməkdaşlığa kömək edəcək atmosferin yaradılması vacibdir. Amma “3+3” formatında olan bir ölkə ölkəmizin ərazi bütövlüyünü kobud şəkildə pozduqda və ölkəmizin bir hissəsini işğal etdikdə, bu formatda iştirakın heç bir mənası yoxdur”.

Onun sözlərinə görə, Rusiyanın Gürcüstanla bağlı geniş planları var və buna görə də Gürcüstana daimi təzyiq üçün Abxaziya və Sxinvali bölgəsinə ehtiyac duyur.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}